Süni intellekt 2 yaşa qədər uşaqlarda autizmi aşkar etmək üçün istifadə edilə bilər


Araşdırma nəticəsində məlum olub ki, süni intellektin bir növü olan maşın öyrənməsi 2 yaşdan kiçik uşaqlarda Autizm Spektr Bozukluğunu (ASD) 78,5 faiz nisbətində dəqiqliklə müəyyən edib.



"JAMA Network Open" jurnalında dərc edilən araşdırmada süni intellektin uşaqlarda erkən yaşda autizmi aşkar etmək üçün nə dərəcədə istifadə oluna biləcəyi araşdırılıb.

Tədqiqatda autizm diaqnozu olan və olmayan ümumilikdə 30.630 uşağın məlumatlarından istifadə edərək, 24 aydan kiçik uşaqlarda müşahidə oluna bilən 28 xüsusiyyət üzərində fokuslanıb.

Bu məlumatlardan istifadə edərək, autizmli və autistik olmayan uşaqlar arasında bu xüsusiyyətlərin birləşməsində müxtəlif nümunələri axtaran maşın öyrənmə modelləri yaradılmışdır.

Model eyni xüsusiyyətlərə dair məlumatların mövcud olduğu 11 936 iştirakçıdan ibarət başqa bir verilənlər bazasında sınaqdan keçirilib.

Tədqiqatın nəticələri göstərib ki, maşın öyrənməsi uşaqlarda autizm olub-olmadığını düzgün müəyyənləşdirir və iki yaşdan kiçik uşaqlarda yüzdə 78,5 nisbətindədir.

Tədqiqatçılardan Kristiina Tamimyes mövcud məlumatlardan istifadə edərək, süni intellekt modelinin köməyi ilə autizm ehtimalı yüksək olan şəxsləri daha erkən aşkarlamaq və beləliklə də onların daha erkən yardım almasını təmin etmək mümkün ola biləcəyinə diqqət çəkib.

Digər tərəfdən, Tamimyes bildirib ki, alqoritm autizm diaqnozunu qoya bilməyəcək, çünki diaqnoz hələ də standart klinik üsullarla qoyulmalıdı..

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu