Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir


Google-un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.


Məlumatlı mənbələrə əsaslanan "The New York Times"ın xəbərinə görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası "The New York Times", "The Washington Post" qəzetinin sahibi olan "News Corp"un rəhbərlərinə verilib.

Bildirilir ki, Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Google jurnalistlərə "şəxsi köməkçi" kimi xidmət etmək üçün hazırladığı bu texnologiyanın daha vacib xəbərlərlə məşğul olmalarından ötrü jurnalistlərin vaxtına qənaət edəcəyini düşünür.

Google sözçüsü Jenn Crider bildirib ki, "Genesis" jurnalistlərin əsas rolunu əvəz etmək üçün nəzərdə tutulmayıb.

Dünyadakı xəbər təşkilatları öz xəbər otaqlarında süni intellekt texnologiyalarından istifadə edib-etməmək barədə müzakirələr aparırlar. Bəzi təşkilatlar, o cümlədən "The Times", NPR radiosu və "Insider" süni intellektin potensiallarını araşdırmaq planlarını açıqlayıblar.

"Associated Press" uzun müddətdir ki, korporativ hesabatlar kimi mövzularda xəbər vermək üçün süni intellektdən istifadə edir, agentlik həmçinin xəbər arxivini süni intellekt modeli Chat GPT ilə paylaşacağını açıqlayıb.

Digər tərəfdən, "NBC News" və "The Times" kimi xəbər təşkilatları süni intellektin onların məlumatlarını icazəsiz qeyd etməsinə reaksiya verdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu