"Google"un keçmiş mühəndisi süni intellekt sirlərini oğurlamaqda ittiham olunur
ABŞ-da Çində yerləşən şirkətlərlə gizli işlədiyi iddia edilən "Google"da keçmiş proqram mühəndisi Ding Linvey, Google-un süni intellektinə dair ticarət sirlərini oğurlamaqda günahlandırılıb.
ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada "Google"da proqram mühəndisi olan "Leon Ding" kimi tanınan Ding Linvey "Google"un süni intellekt texnologiyası ilə bağlı ticarət sirlərini oğurlamaqda dörd ayrı ittihamla mühakimə olunub.
Açıqlamada Çin vətəndaşı Dinqin "Google" işçisi olduğu müddətdə Çində fəaliyyət göstərən şirkətlərlə gizli işlədiyi və bu proses zamanı "Google" ilə bağlı həssas məlumatları şəxsi hesabına köçürdüyü bildirilib.
Saxlanılan Dinqin günahı sübuta yetirilərsə, ittihamların hər biri üçün 10 ilə qədər həbs cəzası verilə biləcəyi bildirilib.
ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vray, "Bugünkü ittihamlar Çində yerləşən şirkətlərin Amerika ixtiralarını oğurlamaq üçün nə qədər irəliləyəcəklərinin ən son göstəricisidir" deyə vurğulayıb.
Vray bildirib ki, bu oğurluqlar ölkə iqtisadiyyatı və milli təhlükəsizlik üçün mənfi nəticələrə səbəb olacaq.