İran yaxın saatlarda İsrailə cavab verməklə bağlı qərar verə bilər - Mahmud Abbas


İran yaxın saatlarda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsrailə cavab qərarı verə bilər.


AFN.az xəbər verir ki, Bunu Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

“Bir neçə gün və hətta yaxın bir neçə saat ərzində qərar verilə bilər” - deyə Fələstin lideri bildirib: “İlk növbədə, biz fələstinlilər olaraq müharibəyə qarşı olduğumuzu 7 oktyabrda rəsmi olaraq bəyan etdik. Mülki əhalinin, qadınların, uşaqların öldürülməsini istəmirik, bundan sonra da nə olacağını hələ təxmin edə bilmərik, amma ümid edə bilərik ki, heç bir eskalasiya olmayacaq. Bu müharibənin nəticələrini qiymətləndirmək çətindir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu