Bayden geri çəkilməsini Trampın məğlubiyyətini təmin etmək istəyi ilə izah edib


ABŞ prezidenti Co Bayden növbəti seçkilərdə iştirak etməmək qərarını Donald Trampın seçkilərdə qalib gəlməsinə mane olmaq istəyi ilə izah edib.


"Prezident olmaq böyük şərəf olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etmək öhdəliyim var. Yəni, biz Trampı məğlub etməliyik" - deyə o, CBC telekanalına müsahibəsində bildirib. Müsahibənin tam versiyası avqustun 11-də yayımlanacaq.

81 yaşlı Bayden deyib: "İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Neçə yaşım olduğunu belə deyə bilmərəm, bunu demək mənim üçün çətindir".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Baydenin seçkidən geri çəkilməsi onun yerinə hazırkı vitse-prezident Kamala Harrisin namizəd olmasını zəruri etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu