Krit adasında dəhşətli meşə yanğınları davam edir: 9 kəndin sakinləri təxliyə edilib
300-dən çox yanğınsöndürən Krit adasındakı Retimno bələdiyyəsində dağ meşəsində baş verən güclü meşə yanğınını nəzarət altına almağa çalışır.
AFN.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilir ki, Retimno bələdiyyəsinin meşələrində və kənd təsərrüfatı sahələrində yanğın artıq üçüncü gündür ki, davam edir, lakin cümə günü yanğınsöndürənlərin fəal hərəkətləri sayəsində vəziyyət bir qədər yaxşılaşıb. Yanğının intensivliyi azalıb, yanğın cəbhəsi artıq heç bir istiqamətə yayılmır. Hazırda yanğın yerində 54 texnika ilə 290 yanğınsöndürən, 20 gəzinti qrupu işləyir, 13 yanğınsöndürən təyyarə və helikopter havadan su buraxır.
Yanğından Mühafizə Xidmətinin məlumatına görə, hazırda heç bir yaşayış məntəqəsi təhlükə altında deyil, 9 kəndin sakinləri qabaqlayıcı məqsədlə təxliyə edilib. Hazırda yanğınsöndürmə briqadaları yanan ərazidə yenidən alovların qarşısını almaq üçün çalışırlar. Yanğınsöndürənlərin əsas qüvvələri Platanos, Apodoulou, Vatiako və Agia Paraskevi yaşayış məntəqələri ətrafında yanğınların söndürülməsinə cəmlənib.
Kritdə baş verən yanğın zeytun bağlarını, əkin sahələrini və kolluq əraziləri aşıb, suvarma şəbəkələrinə ziyan vurub.
Ümumilikdə bu yay Yunanıstanda 2 mindən çox meşə yanğını baş verib.