ABŞ 2024-cü ildə silah satışından 100 milyard dollardan çox qazana bilər
ABŞ-ın xaricə silah satışından əldə etdiyi gəlir 2024-cü maliyyə ilinin sonuna kimi 100 milyard dolları keçə bilər.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin cümə axşamı yaydığı bəyanatda deyilir.
“2024-cü maliyyə ilində xaricə silah satışı artıq 80 milyard dollardan çox olub və ilin sonuna qədər 100 milyard dolları keçə bilər”, - deyə məlumatda bildirilir.
2023-cü maliyyə ilində ABŞ silah satışından 66,2 milyard dollar, 2022-ci ildə isə 49,7 milyard dollar qazanıb.
Pentaqonun məlumatına görə, Vaşinqton 2022-ci ildə Ukraynanı silahla təchiz etməyə başladıqdan sonra dünyada Amerika silahlarına tələbat artıb.