Yəhya Sinvar: HƏMAS heç vaxt İranla əlaqələrini kəsməyəcək


HƏMAS heç vaxt İranla əlaqələrini kəsməyəcək.


AFN.az “Mehr”ə istinadən xəbər verir verir ki, bunu Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzzada gənclərlə görüşündə bildirib.

Həmas Siyasi Bürosunun yeni rəhbəri çıxışında qrupun müqavimət və işğal rejiminin tərksilahı ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Sinvar onu da bildirib ki, heç kim HƏMAS-ı İsraili legitim dövlət kimi tanımağa məcbur edə bilməz.

HƏMAS Siyasi Büro lideri İsraili əsir mübadiləsi danışıqları ilə bağlı da xəbərdar edib və bildirib ki, fələstinli məhbuslar azad olunmasa, onların əsirləri heç vaxt azad edilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu