Bred Pitt və Ancelina Colinin oğlu qəzaya düşdü


Bred Pitt və Ancelina Colinin oğlu Paks qəzaya düşüb. Dəbilqə taxmayan Paks ağır yaralanıb. Onu təcili olaraq xəstəxanaya çatdırıblar.



Qəza Los-Ancelesdə baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr TMZ-yə bildiriblər ki, Paks Los-Ancelesdə elektrikli velosiped sürərkən avtomobilin arxasına çırpılıb.

Qəza zamanı dəbilqə taxmayan və baş ağrısından şikayət edən Paksı təcili yardım işçiləri xəstəxanaya aparıblar. Həkimlər Paksın yüngül beyin qanaması keçirə biləcəyindən narahatdırlar.

Hadisə barədə Bred Pitt və Ancelina Coli heç bir açıqlama verməyiblər.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu