"Qaemi" tayfunu Çinə 224,3 milyon dollar ziyan vurub
İyulun 25-də axşam saatlarında Çinin şərqindəki Futszyan əyalətinin sahillərini vuran "Qaemi" qasırğası bölgəyə 1,6 milyard yuandan (224,3 milyon dollar) çox birbaşa iqtisadi ziyan vurub.
Bu barədə Sinxua agentliyi yerli daşqınlara qarşı mübarizə qərargahına istinadən məlumat yayıb.
Ümumilikdə, son bir neçə gündə əyalət hakimiyyəti potensial təhlükəli ərazilərdən 312 mindən çox insanı təxliyə etmək məcburiyyətində qalıb. 766 mindən çox sakin təbii fəlakət zonasına düşərək zərər çəkib.
İyulun 25-də güclü külək səbəbindən bir neçə onlarla bərə marşrutu üzrə hərəkət dayandırılıb, 100-ə yaxın reys təxirə salınıb. Həmin gün əyalətdə bütün istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.
Çindən əvvəl tayfun Yilan qraflığı yaxınlığında Tayvanın şərq sahillərini vurub. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 10 nəfər həlak olub, daha 890 nəfər xəsarət alıb. Ölən və yaralananlar barədə məlumat verilmir.