Kanada meşə yanğınları ilə mübarizə aparır


Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətləri yanğınlarla mübarizə aparır.


Britaniya Kolumbiyası Meşə Yanğından Mühafizə Xidmətinin verdiyi açıqlamaya görə, son bir həftədə bölgədə 58 mindən çox ildırım çaxması yeni yanğınlara səbəb olub.

Britaniya Kolumbiyasında 400-dən çox, Alberta əyalətində isə 176 yanğın aşkar edilib.

Kanadanın turizm bölgəsi Jasper Milli Parkında alov yayıldıqdan sonra X sosial media platformasında sakinlərə məlumat verilib.

Jasper Milli Parkından verilən açıqlamada yanğının qəsəbədə əhəmiyyətli itkilərə səbəb olduğu və bölgədə havanın keyfiyyətinin pisləşdiyi bildirilib.

Alyaska və Avstraliyadan olan personalın dəstəklədiyi 1900-ə yaxın Alberta yanğınsöndürənləri regiondan keçən boru kəməri də daxil olmaqla infrastrukturu qorumaq üçün mübarizə aparır.

Kanadanın Baş naziri Castin Trudo X platformasında verdiyi açıqlamada Albertaya federal yardımın göndərilməsinin təsdiqləndiyini açıqlayıb.

Kanada ordusunun qaynaqları, evakuasiya və daha çox təcili yanğınsöndürmə dəstəyinin əyalətə göndəriləcəyini ifadə edən Trudo, yanğının söndürülməsi və hava nəqliyyatı yardımının koordinasiyasını təmin etdiklərini bildirib.

Jasper Milli Parkı ətrafında yaşayan təxminən 25 min insan artan alov səbəbindən iyulun 23-də ərazini boşaltmalı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu