Filippində tropik siklonlar nəticəsində 8 nəfər ölüb, 1 nəfər itkin düşüb


Filippini vuran "Butchoy" və "Carina" tropik siklonları nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. İtkin düşən bir nəfərin axtarışları davam edir.


Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasından (NDRRMC) verilən açıqlamada ölkənin əksər hissəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 8 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilib. Qeyd edilib ki, itkin düşmüş kimi qeydə alınan 1 nəfərin axtarışları davam etdirilir. Qasırğalardan 886 min 483 nəfərin zərər çəkdiyi, 33 min 645 nəfər 56 müvəqqəti sığınacağa köçürüldüyü, 67 binanın qismən, 69 binanın isə tamamilə dağıldığı vurğulanıb Bildirilib ki, qəza nəticəsində istifadəsiz qalan 7 avtomobil yolu, 1 körpü, 1 hava limanı və 3 liman bu günədək fəaliyyət göstərmir.

Tropik "Butchoy" qasırğasının şənbə günü ölkəni tərk etdiyini açıqlayan Filippin Atmosfer, Geofizika və Astronomiya Xidmətləri İdarəsi (PAGASA), Tropik "Carina" siklonunun isə cümə axşamı günü təsirini itirəcəyini açıqlayıb.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu