Volqoqradda nasos stansiyasında partlayışda ölənlərin sayı 5-ə catıb


Volqoqradda nasos stansiyasında qaz partlayışı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, axtarış işləri başa çatıb.


Rusiya Federasiyası İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, sonuncu qurbanın cəsədi kanalizasiya nasos stansiyasında tapılıb.

İyulun 6-da Volqoqradda nasos stansiyasında qaz partlayışı nəticəsində konstruksiya çöküb. Daha sonra iki nəfərin öldüyü, üç nəfərin yaralandığı, daha üç nəfərin dağıntılar altında qala biləcəyi bildirilib. Daha iki stansiya işçisinin cəsədi sonradan aşkar edilib. Fövqəladə hadisə ilə bağlı iş zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə cinayət işi açılıb. İlkin araşdırmalara görə, hadisəyə səbəb qaynaq işləri zamanı pozuntular olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu