Almaniyada tank mülki avtomobili vurdu


Almaniyada tank Bundesstrasse 12 federal yolu ilə Passau istiqamətində hərəkətdə olarkən təsadüfən bir neçə atəş açıb və mülki avtomobili vurub.



Bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.

Hadisə Bavariya federal əyalətində təlim çərçivəsində hərbi kalonun hərəkəti zamanı baş verib. Təsadüfü atəş zamanı gilizlər qarşıdan gələn 32 yaşlı qadının idarə etdiyi avtomobilə dəyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisənin təfərrüatları hazırda məlum deyil. Tankın silahının boş patronlarla dolu olduğu və təhlükəsizlik baxımından yuxarıya doğru yönəldildiyi bildirilir.

Qeyd olunur ki, Passau prokurorluğu istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu