22 il əvvəl yoxa çıxan alpinistin cəsədi tapılıb
Peruda axtarış-xilasetmə qrupları 22 il əvvəl yoxa çıxan alpinistin cəsədini tapıb.
Amerikalı alpinist Uilyam Stampfl 2002-ci ilin iyununda Perunun 4-cü ən hündür dağı olan Huaskarana dırmaşmağa getdikdən sonra ondan itkin düşüb.
59 yaşlı alpinist və komandası And dağlarında 6700 metrlik dağa qalxarkən qar uçqunu altında qalıb.
Peru polisinin bazar ertəsi verdiyi açıqlamada, bölgədəki buzların əriməsi nəticəsində Stampflın cəsədinin ortaya çıxdığı bildirilib.
Qeyd edilib ki, Stampflın bədəni, paltarları, dırmaşma alətləri və çəkmələri soyuq sayəsində çürüməyib.
Polis axtarış-xilasetmə qruplarının cəsədin üzərində pasport tapdığını və bununla da alpinistin kimliyini təsdiqlədiyini bildirib.