Qiymətləndiricilər növbədənkənar konfransa gedir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin iclası keçirilib.
Cəmiyyətdən AFN.az-a verilən məlumata görə, iclasda qurumun mövcud fəaliyyəti, görülən işlər, problemlər, nöqsanlar və müzakirəsi vacib olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda AQC-nin İdarə Heyətinin 9 üzvündən 7-sinin (5-i təsisçi olmaqla) qərarı ilə növbədənkənar konfransın keçirilməsi zəruri hesab edilib.
Daha sonra konfransın keçirilməsi ilə bağlı 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Konfransın 19 iyul 2024-cü tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Hazırda Təşkilat Komitəsi tədbirin təşkili ilə bağlı müvafiq hazırlıq işlərini həyata keçirir.