İspaniyada dalğa turistləri apardı


İspaniyada kurortda 4 nəfəri dalğa aparıb, bir qadın ölüb.


Bu barədə "Daily Mail" yazıb.

İyunun 28-də axşam turistlər Kanar arxipelaqına daxil olan Fuerteventura adasındakı Ajuy dəniz mağaralarının ərazisində dincəlirmişlər. Bir anda şahə qalxan dalğalar onları çəkərək dənizin dərinliyinə aparıb.

Yaşı 18-26 arasında olan qadınlardan 3 nəfəri sağ çıxa bilsə də, digər 32 yaşlı qadın yerli balıqçılar və növbətçi xilasetmə xidməti tərəfindən quruya çıxarılıb. Onlar onu xilas etməyə çalışsalar da, turist qadın həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu