Almaniyada əyləncə salonuna molotof kokteyli atılıb

Almaniyanın Solingen şəhərində molotof kokteyli ilə hücum təşkil edilib. Hücum nəticəsində baş verən partlayışda hücum edən şəxs ölüb, 4 nəfər yaralanıb.
Solingendə əyləncə salonuna molotof kokteyli atılıb. Partlayış nəticəsində biri 7 yaşlı uşaq olmaqla 4 nəfər yaralanıb. Hücum edən şəxs ölüb.
Partlayışdan sonra başlayan yanğın qısa müddətdə söndürülüb. Polisin sıx təhlükəsizlik tədbirləri gördüyü küçə giriş-çıxışlara bağlanıb.
Polis və prokurorluq hücumun terror aktı olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.
Mənbə: TRT Haber