Roma Papası Rusiya səfiri ilə Putinin təkliflərini müzakirə edib
Vatikan Rusiyanın iştirakı olmadan Ukraynada baş verənlərin sülh yolu ilə həllinin mənasızlığını dərk edir və ən kəskin beynəlxalq münaqişənin əsl səbəblərini anlayır.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalistlərə iyunun 22-də Roma Papası Fransisklə görüşən Rusiya səfiri İvan Soltanovski deyib.
Onun sözlərinə görə, Roma Papası ilə görüşdə Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı vəziyyətin həlli ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə səsləndirdiyi təkliflər müzakirə olunub. “Biz görürük ki, Fransisk ən kəskin beynəlxalq münaqişənin mürəkkəbliyini və əsl səbəblərini dərk etməklə daim diplomatik həll axtarışındadır”, - Soltanovski əlavə edib.
Vladimir Putin Xarici İşlər Nazirliyində çıxışı zamanı Moskvanın xüsusi hərbi əməliyyatı dayandırmağa hansı şərtlərlə hazır olduğunu açıqlayıb. O, bildirib ki, bunun üçün Ukrayna Donetsk və Luqansk xalq respublikaları, eləcə də Zaporojye və Xerson vilayətləri ərazisindən qoşunlarını çıxarmalıdır. Eyni zamanda, bu regionların statusu və Krım Respublikasının statusu beynəlxalq müqavilələrdə qeyd edilməlidir.