Yanğından qayıdan xilasedici qəzada həlak oldu
Türkiyənin İzmir vilayətində faciə baş verib. Zeytun bağında baş verən yanğına müdaxilədən qayıdan su maşını operatoru 43 yaşlı Serkan Topkaya idarə etdiyi avtomobilin aşması nəticəsində həyatını itirib. Topkaya üçün İzmir Meşə Region Müdirliyinin bağçasında mərasim təşkil edilib.
İzmir Meşə Region Müdirliyində çiləyici işləyən 43 yaşlı Serkan Topkaya Bayındır rayonunda baş verən yanğın nəzarət altına alındıqdan sonra idarə etdiyi avtomobillə vəzifə yerinə, Kemalpaşaya qayıtmaq üçün yola çıxıb.
Topkaya istifadə etdiyi su çiləyicisinin məlum olmayan səbəbdən xəndəyə düşməsi nəticəsində hadisə yerində dünyasını dəyişib.
Meşə təsərrüfatının baş direktoru Bəkir Karacabey sosial media hesabında "Həmkarımız Serkan Topkaya qəza keçirərək şəhid oldu. Allah şəhidimizə rəhmət etsin, ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk" - deyə sosial media hesabında paylaşım edib.
Meşə Baş direktor müavini İbrahim Yüzer bildirib ki, meşə yanğınları ilə mübarizədə həlak olan əməkdaşlarının sayı 140-a çatıb.
"Təhlükəsizlik qüvvələrimizdən sonra ölkəmizdə ən çox şəhid verən qurumlardan biriyik" - deyə o vida mərasimindəki çıxışında bildirib.