ABŞ və Ukrayna arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalanıb


ABŞ prezidenti Co Bayden və Volodimir Zelenski iki ölkə arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.



Bu barədə Reuters agentliyi məlumat yayıb.

Sənədin mətnində deyilir: “Tərəflər bu sazişin Ukraynanın NATO-ya mümkün üzvlüyü üçün körpünü dəstəklədiyini etiraf edirlər”.

Bundan əlavə sazişdə qeyd olunur ki, Ukraynaya təhlükə yaranarsa, Vaşinqton və Kiyevin yüksək vəzifəli rəsmiləri cavab tədbirlərini müzakirə etmək və Ukrayna müdafiəsi üçün əlavə ehtiyacları müəyyən etmək üçün 24 saat ərzində görüşməlidirlər.

Sənəddə Amerika tərəfi də Ukraynaya hərbi dəstəyini bir daha bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu