Zelenski Baydenlə görüşüb
Volodimir Zelenski Fransanın paytaxtı Parisdə ABŞ prezidenti Co Baydenlə görüşüb. Görüş zamanı Zelenski Baydenin Ukraynaya dəstəyini davam etdirəcəyinə inandığını bildirib.
Bu barədə Ukrayna prezidentinin ofisindən açıqlama verilib.
İki lider Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizlik sahəsində ikitərəfli sazişin imzalanmasına hazırlıq prosesini müzakirə ediblər.
Baydenə cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumat verən Zelenski Ukraynanın Rusiyanın gündəlik hücumlarına qarşı özünü effektiv müdafiə etmək üçün Rusiyadakı hərbi hədəfləri vura bilməsi lazım olduğunu vuğulayıb.
Zelenski Xarkov vilayətinin müdafiəsinin gücləndirilməsinin və ABŞ-a hərbi yardımın tədarükünün sürətləndirilməsinin vacibliyini qeyd edib.
Prezident Bayden Ukraynaya dəstəyini davam etdirəcəklərini ifadə edərək, ABŞ Konqresinin Ukraynaya yardım qərarından sonra yenisi də daxil olmaqla 6 yardım paketinin açıqlandığını bildirib.
Bu gün 225 milyon dollarlıq əlavə paket imzaladığını bildirən Bayden, ABŞ-ın Ukraynanın yanında olmağa davam edəcəyini təkrarlayıb.