Quttereş beynəlxalq ticarət sisteminin ədalətsizliyindən şikayətlənib


Beynəlxalq ticarət sistemi parçalanma ərəfəsindədir və ədalətli deyil.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yaradılmasının 60 illiyi münasibətilə verdiyi bəyanatda bildirib.

“Beynəlxalq maliyyə arxitekturası köhnəlmiş, işlək olmayan və ədalətsiz kimi tanınır. O, borc bataqlığında olan inkişaf etməkdə olan ölkələrin təhlükəsizliyini təmin edə bilmədi. Beynəlxalq ticarət sistemi isə hər tərəfdən problemlərlə üzləşir, parçalanma ərəfəsindədir”, - deyə Quterreş qeyd edib.

Onun sözlərinə görə, son beş ildə hər il yaranan ticarət maneələrinin sayı təxminən üç dəfə artıb. BMT-nin baş katibi bu tendensiyanın əsas səbəbini inkişaf etməkdə olan ölkələrin vəziyyətini nəzərə almayan geosiyasi rəqabət adlandırıb. Eyni zamanda, vurğulayıb ki, ticarətin özü bəziləri üçün rifah və innovasiyaya, digərləri üçün isə bərabərsizliyə, asılılığa və ekoloji deqradasiyaya gətirib çıxarır.

Quterreşin fikrincə, bu şəraitdə çoxqütblü dünyanın sabitliyi beynəlxalq maliyyə və vergiqoymanın yeni arxitekturası, həmçinin rəqəmsal idarəetmənin tətbiqi ilə təmin edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu