Tokioda məktəbdə bibər qazına məruz qalan 35 şagird xəstəxanaya yerləşdirilib
Yaponiyanın paytaxtı Tokioda bir məktəbdə bibər qazından istifadə edilməsi nəticəsində 35 şagirdin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
"Kyodo" agentliyinin məlumatına görə, paytaxtın ən gur ərazilərindən biri olan Şinjukuda yerləşən Tokio Koreya məktəbinin sinif otağına təsadüfən bibər qazı səpilib.
Bibər qazına məruz qalan 35 orta məktəb şagirdi müxtəlif şikayətlər, xüsusilə də göz ağrıları ilə xəstəxanaya yerləşdirilib.
Dövlət televiziyası NHK bildirib ki, şagirdlərdən biri tənəffüs zamanı təsadüfən dostunda olan bibər qazını aktivləşdirib.
Qeyd edilib ki, hadisədən sonra Şinjukunun Vakamatsu rayonundakı məktəbə polis maşınları göndərilib və hadisənin təfərrüatları araşdırılıb.