Rusiyada tramvay qəzasında 7-si uşaq olmaqla 109 nəfər yaralanıb


Rusiyanın Kemerovo şəhərində baş verən tramvay qəzasında 7-si uşaq olmaqla 109 nəfər xəsarət alıb.



Rusiya İstintaq Komissiyasının verdiyi açıqlamaya görə, Kemerovoda sərnişinləri olan iki tramvay toqquşub.

Sərnişinlərin yaralandığı qəza ilə bağlı araşdırma başlanıb.

Rusiya Səhiyyə Nazirliyinin müşaviri Aleksey Kuznetsov jurnalistlərə verdiyi açıqlamada qəzada 7-si uşaq olmaqla 109 nəfərin yaralandığını açıqlayıb.

Kuznetsov 4-ü ağır olmaqla 19 yaralının xəstəxanalara yerləşdirildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu