Öldüyü düşünülən qadının dəfn mərasiminə hazırlıq zamanı sağ olduğu bilindi


ABŞ-ın Nebraska ştatında qaldığı qocalar evində öldüyü elan edilən qadının cənazə evinə aparılarkən diri olduğu bilinib.


Dəfn salonundakı işçilər 74 yaşlı qadının hələ də nəfəs aldığını görüb və ürək masajı etdikdən sonra təcili yardıma məlumat veriblər.

Konstansiya Klantsın hadisəsən iki saat əvvəl yaxınlıqdakı qocalar evinin əməkdaşları tərəfindən öldüyü elan edilibmiş.

Klants daha sonra xəstəxanaya aparılıb. Hadisəni araşdıran polis bildirib ki, qocalar evinin əməkdaşlarının cinayət niyyətinə dair heç bir sübut yoxdur.

Polis məmuru Ben Houçin, "Bu, çox qeyri-adi bir hadisə idi. Mən 31 ildir işdəyəm və heç vaxt belə bir vəziyyət görməmişəm" - deyə bildirib.

Klantsın hazırkı sağlamlıq durumu məlum olmasa da, ailəsinə məlumat verildiyi qeyd edilib.

Keçən ilin iyununda Ekvadorda Bella Montoya adlı 76 yaşlı qadın insult keçirdikdən sonra öldüyü elan edilmiş və tabuta qoyulmuşdu.

Lakin 5 saat sonra paltarını dəyişmək üçün yenidən tabut açılanda onun hələ də sağ olduğu məlum olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu