ABŞ: İsrailin Qəzzadakı münaqişəni bitirmək üçün hələ ciddi planı yoxdur


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib ki, Vaşinqton hələ də İsrailin Qəzzadakı münaqişəyə son qoymaq üçün ciddi planını görməyib.


Miller İsrailin müdafiə naziri Yoav Qallant və Hərbi Nazirlər Kabinetinin üzvü Benni Gantzın baş verə biləcək ssenarilərlə bağlı açıqlamalarına diqqət çəkib.

Bir plana ehtiyac olduğunu deyən sözçü qeyd edib ki, münaqişədən sonrakı idarəçilik və bir növ siyasi keçid planı olmadan münaqişəni dayandırmaq olmaz.

İsrailin blokada altındakı bölgədə təklif etdiyi üç mərhələli atəşkəslə bağlı danışarkən Müller qeyd edib ki, sözügedən atəşkəs razılaşmasına ABŞ-ın hələ də HƏMAS-dan cavab gözləyir.

Mayın 31-də Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti Co Bayden İsrailin Qəzzada atəşkəs və məhbuslarla bağlı yeni təkliflə çıxış etdiyini açıqlayıb.

Bayden, İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini və ilk mərhələdə İsrailin Qəzzadakı yaşayış məntəqələrindən çıxarılmasını və 6 həftəlik atəşkəs dövründə tərəflərin saxladığı bəzi məhbusların azad edilməsini nəzərdə tutduğunu bildirib.

İlk mərhələdə "İsrail qüvvələrinin Qəzzadakı yaşayış məntəqələrindən tamamilə geri çəkiləcəyini" açıqlayan Bayden, eyni prosesdə ilk olaraq əsirlərdən qoca və qadınların azad edilməsinin nəzərdə tutulduğunu və Qəzzaya humanitar yardımın ediləcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu