Özünü binadan atdı, başqasının üstünə düşdü: ikisi də öldü


Bakıda intihar hadisəsi baş verib.


AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb. Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.

Onların hər ikisi hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu