Ayın qaranlıq tərəfindən ilk dəfə qaya və torpaq nümunələri toplanıb


Çinin Ayın qaranlıq tərəfinə göndərdiyi "Changi 6" rover qaya və torpaq nümunələrinin toplanmasını başa çatdırıb. Bununlada Çin Ayın qaranlıq səthindən qaya və torpaq nümunələri toplayan ilk ölkə olub.



Çin Milli Kosmik İdarəsindən verilən açıqlamaya görə, iyunun 2-də Ay səthinə endikdən sonra rover zondu ilə səthi qazıb və topladığı nümunələri konteynerə yükləyərək yüksəliş vasitəsinə köçürüb.

Yüksəliş vasitəsi səhər saatlarında nümunələrin olduğu konteyneri səthdən orbitə qaldırıb.

Növbəti mərhələdə nümunələr orbitdəki qayıdış gəmisinə köçürüləcək və nümunələr Yerə göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu