Hollandiya Ukraynaya 24 ədəd F-16-nı təhvil verməyə hazırlaşır


Hollandiya 24 F-16 qırıcısını Kiyevə təhvil vermək niyyətindədir.


Bu açıqlama ilə ölkənin müdafiə naziri Kaysa Ollonqren çıxış edib.

"Digər imkanlara tətbiq etdiyimiz prinsiplər burda da keçərlidir: yəni biz silahları Ukraynaya verəndən sonra onlara nəzarət ukraynalılarda olacaq", - deyə müdafiə naziri mediaya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Hollandiya qonşu Belçikadan fərqli olaraq döyüş təyyarələrinin istifadəsinə məhdudiyyətlər qoymur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu