İki qardaş 12 saniyə ərzində 25 milyon dollar dəyərində kriptovalyuta oğurladı


ABŞ-da iki qardaş 12 saniyənin içində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur.



24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı Ceyms Peraire-Bueno elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs ediliblər.

ABŞ Ədliyyə Departamenti 2023-cü ilin aprelində baş verən oğurluğun praktikada ilk dəfə olduğunu bildirib.

Prokuror müavini Lisa Monako "Peraire-Bueno qardaşları çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə edərək və aylardır üzərində işlədikləri planı saniyələr ərzində həyata keçirərək 25 milyon dollar dəyərində Ethereum oğurlayıblar" açıqlamasını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu