Gədəbəydə doludan sonra evləri su basıb - VİDEO
Gədəbəyin Şınıx bölgəsinə güclü dolu yağıb.
AFN.az xəbər verir ki, təbii hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Şınıxın Fərzalı kəndində çəkildiyi bildirilən videoda doludan sonra həyətləri su basdığı müşahidə edilir.
Qeyd edək ki, iki gün öncə Naxçıvanda, Şərur rayonunda da güclü dolu yağıb. Yayılan görüntülərdə dolunun qar kimi yerdə qaldığı və bir neçə santimetr qalınlıqda olduğu görünür.
Maraqlıdı ki, Sovet hökumətinin vaxtında və Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə dolu buludları toplardan açılan atəşlə dağıdılaraq yağışa çevrilirdi. Lakin indi bu metoddan istifadə edilmir. Elə bu səbəbdən də rayonlarda tez-tez güclü dolu yağaraq kənd təsərrüfatı məhsullarını sıradan çıxarır. Mütəxəssislər eyni və digər texnologiyalardan indi də istifadə etməyin mümkün olduğunu bildirsələr də, rəsmi qurumlar nədənsə buna maraq göstərmirlər.
Gədəbəydəki hadisənin görüntülərini buradan izləyə bilərsiz: