Türkiyə Qəzzada atəşkəsə qədər İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək

Türkiyə Qəzza zolağında atəşi dayandırana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsrailə qarşı ticarət sanksiyaları ilə bağlı qərara əməl edəcək.
Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.
Nazir Türkiyə İxracatçılar Məclisinin iclasında deyib: “Türkiyə Qəzzada dərhal atəşkəs elan edənə və bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin edənə qədər İsraillə ticarəti dayandırmaq barədə mayın 2-də qəbul edilmiş qərara əməl edəcək”. Yayımı TRT Haber telekanalı həyata keçirib.