Pakistanda daşqın xəbərdarlığı edilib
PA Media xəbər verir ki, Pakistan əyaləti çoxlu insan tələfatına səbəb ola biləcək buzlaqların əriməsi səbəbindən daşqın xəbərdarlığı edib.
Son günlər ölkədə onlarla insanın ölümünə, əmlak və əkin sahələrinə ziyan vuran ekstremal hava şəraiti yaşanıb. Mütəxəssislər bildirirlər ki, Pakistan iqlim dəyişikliyi səbəbindən aprel ayında həmişəkindən daha çox yağış yağır.
Xüsusilə daşqınlardan çox əziyyət çəkən dağlıq şimal-qərbdəki Hayber Paxtunxva əyalətində səlahiyyətlilər bir neçə bölgədə buzlaqların əriməsi səbəbindən daşqın xəbərdarlığı edib.
Vaxtında təhlükəsizlik tədbirləri görülməzsə, gözlənilən daşqın səbəbindən ciddi can və mal itkisi ehtimalı var.
Səlahiyyətlilər daşqının daha da pisləşə biləcəyini və insanların hər hansı təhlükədən qaçmaq üçün daha təhlükəsiz yerlərə köçməli olduğunu bildirib.
Əyalətdən verilən son məlumatlara görə, son 5 gündə leysan yağışları ilə əlaqədar baş verən hadisələrdə 25-i uşaq olmaqla 46 nəfər ölüb.