Cənubi Koreya ikinci casus peykini orbitə buraxıb
Cənubi Koreya "SpaceX" tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı ikinci casus peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.
Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyi ölkənin ikinci casus peykinin orbitə çıxarılması ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX"in "Falcon 9" raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.
Peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxlayıb.
Müdafiə naziri Şin Von-sik də mətbuata açıqlamasında bildirib ki, Şimali Koreya da bu ay ikinci casus peykini orbitə çıxara bilər.
Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyki göndərməyi planlaşdırır.