Cənubi Koreyanın ilk casus peyki Şimali Koreyadan görüntülər paylaşıb


Şimali Koreyadakı bölgələrin görüntüləri Cənubi Koreyanın 1 dekabr 2023-cü ildə kosmosa göndərdiyi ilk hərbi casus peykindən paylaşılıb.



Yonhap-ın Cənubi Koreya hərbi mənbələrinə əsaslanan xəbərinə görə, 2023-cü il dekabrın 1-də atılan casus peykdən sınaq yayımı çərçivəsində fotolar alınıb.

Sözügedən mənbədən alınan məlumata görə, casus peyk Şimali Koreyanın paytaxtı Pxenyan da daxil olmaqla ölkənin müxtəlif yerlərindən yaxşı ayırdedici görüntülər göndərib.

Adı açıqlanmayan hərbçi, "Son zamanlar ötürülən və redaktə edilən peyk fotoşəkillərinə baxanda, fotoların gözlənildiyi qədər yaxşı olduğu görünür" deyib. O bildirib ki, fotolarda Pxenyanın mərkəzi və limanlarındakı gəmilər aydın görünür.

Hərbi mənbələr ilk fotoşəkillərin ciddi redaktəyə ehtiyacı olsa da, görüntü keyfiyyətinin daha da yüksəlməsinin və peykin planlaşdırıldığı kimi iyun və ya iyul aylarında tam kəşfiyyat missiyasına başlamasının gözlənildiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya 1 dekabr 2023-cü ildə ABŞ-ın kosmik şirkəti SpaceX tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı casus peykini orbitə çıxarıb.

Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyki göndərməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu