Şimali Koreya casus raketinin buraxılması üçün ikinci cəhdin uğursuz olduğunu açıqlayıb
Şimali Koreya orbitə casus peyki yerləşdirməklə bağlı ikinci cəhdinin uğursuzluğa düçar olduğunu və daha bir cəhdin oktyabrda ediləcəyini açıqlayıb.
AFN.az-ın xəbərinə görə, Şimali Koreya Kosmik Agentliyi məlumat verib ki, “Çollima-1” daşıyıcı raketi və “Malliqyonq-1” peykini orbitə çıxarmaq üçün buraxılıb, lakin uçuşun üçüncü mərhələsində fövqəladə partlayış sistemi sıradan çıxdığı üçün sınaq uğursuz olub.
Şimali Koreyanın Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsi (NADA) casus peykini orbitə yerləşdirmək iddiasında uğursuz cəhddən sonra oktyabrda yeni sınaqların keçiriləcəyini açıqlayıb.
Cənubi Koreya ordusu bəyan edib ki, sözügedən raket buraxılış cəhdi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) qətnamələrini pozur.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bu təşəbbüsü sülh və sabitliyə təhlükə kimi qiymətləndirib.
Beynəlxalq qınaqlara baxmayaraq, Şimali Koreya peykin qısa müddətdə yenidən “düzgün” buraxılacağını açıqlayıb.