KİV: ABŞ Dövlət Departamentində əhval-ruhiyyə İraqın işğalı zamanındakından da pisdir


İsrailin yeddi beynəlxalq yardım işçisini öldürməsindən sonra ölkənin xarici işlər rəsmiləri arasında əhval-ruhiyyə ABŞ-ın İraqa fəlakətli işğalı zamanı olduğundan daha pisdir.


AFN.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Təhlükəsizlik və İnsan Haqları İdarəsinin keçmiş direktoru Çarlz Blaha, ABŞ prezidenti Co Baydenin Qəzza zolağına dair siyasəti ilə bağlı artan narahatlığı şərh edərkən deyib. O, "Mən heç vaxt bu qədər müxalif insan görməmişdim" - deyə qeyd edib.

“Mən İraq müharibəsi də daxil olmaqla 32 il Dövlət Departamentində işləmişəm və heç vaxt bu qədər səfalət görməmişdim. Hətta İraqdakından da pis idi. Bəli, insanlar narahatdır və hazırkı işçilərlə mütəmati əlaqə saxlanır".

Britaniya mediası Baydenin 33.000-dən çox fələstinlinin ölümünə səbəb olan dağıdıcı Qəzza müharibəsinin başlamasından təxminən altı ay sonra İsrailə qeyd-şərtsiz dəstəyinə görə artan təzyiqə məruz qaldığını vurğulayır.

İsrailin üç hava hücumunda bir Amerika vətəndaşı da daxil olmaqla yeddi beynəlxalq yardım işçisinin öldürülməsi bütün dünyada qəzəb doğurub və Baydenin silah təhvilinin davam etməsində israrına yenidən diqqəti cəlb edib. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, onların ölümləri ilə münaqişədə həlak olan yardım işçilərinin sayı 220-ü ötüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu