Gənc ABŞ seçicilərinin 70 faizi Baydeni bəyənmir


ABŞ prezidenti Co Baydenə dəstək getdikcə azalır. Ölkədə keçirilən ictimai rəy sorğusuna görə, gənc ABŞ seçicilərinin 70 faizi Baydenin İsrailin Qəzzaya hücumlarını idarə etməsini bəyənmir.



NBC News televiziyası 2024-cü il seçkiləri ilə bağlı yeni sorğu keçirib. Sorğu göstərib ki, Baydenin səsləri İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri aşağı düşüb. Xüsusilə Demokrat Partiyasından olan gənc seçicilər arasında Baydenə dəstəyin azalması diqqət çəkib.

ABŞ prezidenti Baydenin seçicilərdən razılığı 40 faiz olaraq qalsa da, 18-34 yaş arası gənc seçicilər İsrailin Qəzza zolağına hücumlarını yaşlı seçicilərdən az dəstəkləyir.

Baydenin yerinə daha gənc namizəd görmək istəyən gənc seçicilərin 70 faizi Vaşinqton administrasiyasının İsraili dəstəkləmək siyasətini bəyənmir.

Gənc seçicilərin Baydenin prezidentlik fəaliyyətini bəyənməsi də 31 faizə düşüb.

CNN televiziyası və New York Times qəzetinin son sorğuları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Baydeni 4 bal qabaqladığını ortaya qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu