Husilər: Fələstin məsələsində güzəştə getməyəcəyik

Yəməndə İranın dəstəklədiyi husilərin lideri Əbdülməlik əl-Husi bildirib ki, Fələstin məsələsində öz mövqelərində güzəştə getməyəcəklər və bu məsələdə geri addım atmayacaqlar.
Beynəlxalq Qüds Günü münasibətilə keçirilən “Qüds Platforması” tədbirində çıxış edən Husi, Əl-Əqsa tufanı başlayandan bəri Fələstin xalqına dəstək olmaq üçün əllərindən gələni etdiklərini bildirib.
“Qqələbə əldə olunana qədər əməkdaşlığı gücləndirməyə çalışacağıq” - deyə o bildirib.