“Azər-Türk Bank” filial açılması ilə bağlı tələbləri pozub
"Azər-Türk Bank” filial açılması ilə bağlı Mərkəzi Banka verilməli olan yazılı müraciəti gecikdirib.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı "Banklar haqqında” Qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə "Azər-Türk Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən "Azər-Türk Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.