ABŞ Ruandaya xəbərdarlıq etdi - Əsgərlərinizi dərhal geri çəkin!


ABŞ Ruandanı bütün hərbi personalını Konqo Demokratik Respublikasının (DRC) şərqindən və bölgədəki raket sistemlərini çıxarmağa çağırıb.


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında Ruanda tərəfindən dəstəklənən 23 Mart Hərəkatının (M23) DRC-nin şərqindəki üsyançı qruplaşmasının hücumlarını şiddətlə qınadıqlarını bildirib.

M23 üzvlərinin bölgədən çəkilməli olduğunu bildirən Miller Ruandadan M23 üzvlərinə dəstəyi dərhal dayandırmağa, əsgərlərini bölgədən çəkməyə və raket sistemlərini çıxarmağa çağırıb.

DRC-nin Şimali-Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməyə çalışan M23 üzvlərinin son 10 gündə artan hücumlarında çoxlu mülki vətəndaş və əsgər həyatını itirib, minlərlə insan isə didərgin düşüb.

Ruanda ilə DRC arasında son illərdə üsyançı qruplar üzərindən başlayan siyasi gərginlik iki ölkəni müharibə həddinə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu