Konqoda silahlı hücum: 11 nəfər öldürüldü


Konqo Demokratik Respublikasında (KDC) üsyançı 23 Mart Hərəkatının (M23) silahlı hücumu nəticəsində 11 mülki şəxs həlak olub.


KDC-nin Şimali Kivu bölgəsində yaşayan Jonas Pandanzi mətbuata bildirib ki, dünən M23 üsyançıları mülki insanlara hücum edib.

Pandanzinin sözlərinə görə, M23 üsyançı qruplaşmasının silahlı hücumundan sonra qaçan üsyançılar bölgə xalqına aid qiymətli əşyaları özləri ilə aparıblar. O, hücumun ötən həftə M23 ilə yerli təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmadan sonra reallaşdığına diqqət çəkib.

Pandanzi qeyd edib ki, ölənlərin sayının arta biləcəyindən narahatdırlar.

Bu, Ruanda ilə KDC arasında böhrana səbəb oldu.

KDC-nin şərqində fəaliyyət göstərən M23 təşkilatının hücumları 2021-ci ilin noyabr ayında yenidən başladı və bölgədə yaşayan minlərlə mülki vətəndaşın didərgin düşməsinə və Ruanda ilə KDC arasında böhrana səbəb oldu.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarına görə, KDC sərhədlərində çıxarılan bəzi qiymətli metallar sərhəd bölgələrində üsyançılar tərəfindən qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu