Konqoda üsyançıların hücumu nəticəsində 272 mülki şəxs həlak olub


Konqoda üsyançıların hücumu nəticəsində 272 mülki şəxs həlak olub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, dekabrın 2-nə keçən gecə üsyançıların Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində həyata keçirdiyi hücumda 272 mülki şəxs həlak olub.

KDR Sənaye Naziri və Keçmiş Şimali Kivu qubernatoru Julien Paluku dekabrın 2-nə keçən gecə Şimali Kivu əyalətinin Rutşuru bölgəsinin Kişişe qəsəbəsində 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrup üzvləri tərəfindən həyata keçirilən hücumla bağlı açıqlama verib.

Hücumu qətliam kimi dəyərləndirən Paluku, 17-si uşaq olmaqla 272 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

Paluku açıqlamasında onu da qeyd edib ki, hadisə ilə bağlı ədliyyə naziri Beynəlxalq Cinayət Məhkəməsində araşdırma tələb etmək üçün Haaqaya gedib.

Xatırladaq ki, ölkənin şərqində 2021-ci ilin noyabrından bəri M23 üzvləri ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verir.

KDR hökuməti iddia edir ki, Ruanda Şimali Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməyə çalışan üsyançı qrupu dəstəkləyir. Ruanda iddiaları rədd etsə də, iki ölkə arasında siyasi və diplomatik gərginlik davam edir.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, KDR sərhədlərində çıxarılan bəzi qiymətli metallar sərhəd bölgələrindəki üsyançılar tərəfindən qaçaqmalçılıq yolu ilə qonşu ölkələrə keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu