Naməlum şəxs İsrailin İsveçdəki səfirliyinə əl qumbarası atıb


Naməlum şəxs İsrailin Stokholmdakı səfirliyinin ərazisinə əl qumbarası atıb.



Bu barədə Bild nəşri xəbər verib.

İsrailin İsveçdəki səfiri Ziv Kuhlman bildirib ki, bu ölkənin missiyasına hücumun qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Bir gün əvvəl İsveç polisinin məlumatına görə, səfirliyin binasında əl qumbarası aşkar edilərək zərərsizləşdirilib. Yerli mətbuatın məlumatına görə, o, hasardan aşıb səfirliyin ərazisinə atılıb.

İsveçin baş naziri Ulf Kristersson vəziyyəti çox ciddi adlandırıb. İsveç telekanallarından birində o, səfirliyə hücum cəhdinin İsveçin özünə qarşı hücum olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu