Zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəldi


Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib.


“Report”un Aran bürosunun məlumatına görə, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı köhnə şəhər adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb.

Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5.1 maqnitulalı zəlzələ baş veirb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu