Sumqayıtda fəhlə faciəli şəkildə öldü - YENİLƏNİB
Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə Tağıyev adına qəsəbədə tikinti şirkətində baş verib.
1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Fakt araşdırılır.