Şöbə müdiri Perinatal Mərkəzdən təxliyyə edilən körpələrin vəziyyətini AÇIQLADI


Ötən gecə Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı xəstəxanadakı körpələrdən 11-i Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına aparılıb.



Xəstəxananın Patologiya şöbəsinin müdiri, uzman doktor Ramin Mahmudov uşaqların vəziyyəti ilə bağlı Ölkə.Az-a danışıb.

"Bugünkü vəziyyətlə əlaqədar şöbəmizə 11 körpə gətirilib. Onlardan 5-i oğlan, 6-sı qızdır.

Xəstəxanamıza gətirildikləri zaman uşaqların vəziyyəti stabil idi. Hazırda bütün lazımi yardımlar edilir, müayinələri aparılır və vəziyyətləti stabildir".
R.Mahmudov deyib ki, onlardan 10-u erkən doğulmuş körpədir:

"Uşaqların nəfəs problemi yoxdur, tüstüdən zəhərlənmə olmayıb. İKi körpə hazırda küvezdədir, vəziyyətləri izlənilir. ümumi olaraq vəziyyətin stabil olduğunu deyə bilərik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu