Serbiyadan Kosovo nömrəli avtomobillər üçün "sərbəst hərəkət" qərarı


Serbiya hökuməti Kosovo dövlət nömrə nişanlı avtomobillərin ölkədə sərbəst hərəkətini təsdiqləyib.



Serbiya Hökumətinin Kosovo Ofisinin direktoru Petar Petkoviç yerli mətbuata verdiyi açıqlamada Serbiya hökumətinin Kosovo Respublikası (RKS) nömrə nişanlı avtomobillərin ölkədə sərbəst hərəkətinə icazə vermək qərarına gəldiyini açıqlayıb.

Petkoviç, Kosovodakı serblərin əksəriyyətinin RKS nömrəli nəqliyyat vasitələrindən istifadə etməyə başladığını nəzərə aldıqlarını ifadə edərək, sözügedən qərarın 1 yanvar 2024-cü il tarixindən etibarən tətbiq olunmağa başlayacağını və bütün sərhədlər və inzibati keçidlər üçün etibarlı olacağını qeyd edib.

“Qərar Kosovoda insanlarımızın hüquqlarını və hərəkət azadlığını təmin edəcək” deyən Petkoviç milli bütövlüyü və suverenliyi qorumaqda “qırmızı xətti” keçmədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu