Bakıda 21 mərtəbəli bina yanır
Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.